"Tottenhem" "Mançester Yunayted"in futbolçusuna göz qoydu

"Tottenhem" "Mançester Yunayted"in ingiltərəli futbolçusu Kobi Meyno üçün rəsmi təklif göndərməyi planlaşdırır.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, Mançester klubu hələdə 20 yaşlı futbolçuya yeni müqavilə təklif etməyib.

Bu məsələ oyunçunun menecerini narahat edir. Bu səbəbdən Meyno "Tottenhem"in təklifini dəyərləndirəcək.

Qeyd edək ki, İngiltərə millisinin üzvü ötən mövsüm meydana çıxdığı 37 matçda 2 qol 1 asistlə yadda qalıb.