"Tottenhem" portuqaliyalı futbolçu ilə danışıqlar aparır

"Tottenhem" "Bavariya"nın futbolçusu Palinya ilə yaxından maraqlanır.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberg məlumat yayıb.

Münhen klubu futbolçusunu satmağa hazırdır. Rəhbərlik portuqaliyalı futbolçu üçün 30 milyon avro tələb edir.

Qeyd edək ki, "Tottenhem" klubu isə bu məbləği ödəmək niyyətində deyil.