"Tottenhem" və "Vest Hem" transfer yarışına girib
"Barselona"nın ispaniyalı futbolçusu Ansu Fatinin klubdan ayrılacağı gözlənilir.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Tottenhem" və "Vest Hem" A.Fatinin xidmətində maraqlıdır.
Kataloniya klubu 22 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, Fati bu mövsüm 8 rəsmi oyunda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.