"Tottenhem"dən Kolu Muani həmləsi

Ötən mövsümün ikinci yarısını "Yuventus"da icarə əsasında keçirən fransalı futbolçu Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Qreymi Beylinin məlumatına istinadən xəbər verir ki, "Tottenhem" 26 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

London klubu bu keçid üçün "Paris Sen-Jermen"ə 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, R.Kolo Muan geridə qalan mövsüm meydana çıxdığı 36 matçda 12 qol 4 asistlə yadda qalıb.