"Tottenhem"in gözü "Real"ın ulduzuna düşüb
"Tottenhem" cənubi koreyalı futbolçusu Hın Min-Sonla yollarını ayırıb.
Sportline.az xəbər verir ki, London klubunun rəhbərliyi Sonun əvəzinə "Real"dan Rodriqonu transfer etməyə çalışır.
24 yaşlı futbolçunun transfer qiyməti 90 milyon avrodur.
Qeyd edək ki, Rodriqonun "los blankos"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.