"Tottenhem"in gözü "Sportinq"in futbolçusuna düşüb

"Tottenhem" "Sportinq"in isveçli futbolçusu Viktor Gyökeresi mövsümün sonunda transfer etmək istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu Gyökeres üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

26 yaşlı forvard bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 40 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Viktor Gyökeresin "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.