"Tour d'Azerbaidjan": 2-ci tur start götürdü

"Tour d'Azerbaidjan" veloyürüşünün  ikinci mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, bu mərhələdə iştirakçılar Bakı-İsmayıllı marşrutu ilə 186,5 km məsafə qət edəcəklər.

Xatırladaq ki, ilk mərhələ  Almaniyanın “Bora-Arqon” komandasını üzvü Fil Bauhauzun qələbəsi ilə nəticələnib. 

"Tour d'Azerbaidjan"  veloturu 5 mərhələdən ibarətdir. Bakı – Sumqayıt (154 km), Bakı-İsmayıllı(186,5 km), Qəbələ-Şəki-Qəbələ (177,2 km), Qəbələ-Pirqulu (115,3 km), Bakı-Abşeron-Bakı (158 km) . Veloyürüşə mayın 8-də yekun vurulacaq.

SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir