"Tour d'Azerbaidjan-2016": Maksim Averin 2-ci mərhələnin qalibi oldu

"Tour d'Azerbaidjan" veloyürüşünün  ikinci mərhələsi "Synergu Baku" komandasının üzvü Maksim Averinin qələbəsi ilə nəticələnib.  SportLine.az xəbər verir ki, o,  Bakı-İsmayıllı marşrutu ilə 186,5 km məsafəni hamıdan tez qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avstriya "Felbeyrmayr"-nın  üzvü Markus Eybeqqer finişə 2-ci, İsveçrənin  "Roth" komandasından Alberto Çeççin  isə 3-cü çatıb. Ümumi hesabda İtaliyanın "Cycling Academy Team" komandasını üzvü Gilyem Boivin liderdir. Bugünkü mərhələnin qalibi Maksim Averin 4-cü yerdədir. Bakı-İsmayıllı mərhələsində Boivin ən yaxşı sprinter, "Rusvelo"nun üzvü Aleksandr Yevtuşenko  ən yaxşı gənc velosipedçi adını qazanıb. Dağ mərhələsində isə, İtaliya "Unieuro"sundan Mauro Finetto fərqlənib.

Xatırladaq ki, ilk mərhələdə  Almaniyanın “Bora-Arqon” komandasını üzvü Fil Bauhauzun qələbə çalmışdı. 

"Tour d'Azerbaidjan"  veloturu 5 mərhələdən ibarətdir. Bakı – Sumqayıt (154 km), Bakı-İsmayıllı(186,5 km), Qəbələ-Şəki-Qəbələ (177,2 km), Qəbələ-Pirqulu (115,3 km), Bakı-Abşeron-Bakı (158 km) . Veloyürüşə mayın 8-də yekun vurulacaq.

 

SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir