"Tour d'Azerbaidjan-2016"nın qaliblərinin yarış haqda təəssüratları

SportLine.az "Tour d'Azerbaidjan-2016" yarışının yekun mətbuat konfransında iştirak edən qaliblərin təəssüratlarını diqqətinizə çatdırır:

Markus Eybeqer ("Felbermayr", Avstriya)

"Çox çətin oldu. Komandamızdan dörd nəfər bu mərhələdə iştirak etmədi. Mövcud qüvvə ilə əlimizdən gələni etdik".

İldar Arslanov (Gazprom-Rusvelo)

"Yüksək səviyyəli yarışda uğurla çıxış etdiyimiz üçün sevincliyəm. Heç bir yarış bizim komandamızın iştirakı olmadan belə maraqlı keçə bilməzdi".

Tomas Leb ("Bridgestone", Fransa)

"Dağ mərhələsi mənim ən yaxşı olduğum mərhələdir. Sevinirəm ki, tam gücümü sərgiləyə bildim".

Daniel Şorn ("Felbermayr", Avstriya)

"Dünənki mərhələdə mən köynəyi qoruya bilməmişdim. Buna baxmayaraq, köynək bizim komandada qalmışdı. Komanda şəklində çıxışımızı yüksək qiymətləndirirəm".

Mixael Şfarzmann ("Bora Argon 18", Almaniya)

"Mərhələ olduqca çətin keçdi. Əlimizdən gələni etdik ki, gücümüzü sona saxlayaq. Az tərkibli komandamızla əlimizdən gələni etdik ki, fəxri kürsüyə yüksələk. Nəticədə, istəyimizə çatdıq".

SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir