“Tour d'Azerbaidjan-2016”ya start verilir
Bu gün “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu start götürür.
SportLine.az xəbər verir ki, 5-ci dəfə təşkil ediləcək yarışda 18 ölkədən 21 komanda qüvvəsini sınayacaq.
İştirakçı komandalar:
Pro-kontinental
Bora-Argon (Almaniya)
Team Roth (İsveçrə)
Team Novo Nordisk (ABŞ)
Qazprom – RusVelo (Rusiya)
Southeast – Venezuela (İtaliya)
Drapac Professional Cycling (Avstraliya)
Kontinental
Synergy Baku Cycling Project (Azərbaycan)
Cycling Academy Team (İsrail)
Team Sauerland NRW (Almaniya)
Bridgestone Anchor Cycling Team (Yaponiya)
Alpha Baltic – Maratoni.lv (Latviya)
Team Felbermayr – Simplon Wels (Avstriya)
Astana City (Qazaxıstan)
Dukla Banska Bystrica (Slovakiya)
Terengganu Cycling Team (Malayziya)
Nasr – Dubai (BƏƏ)
Team Illuminate (ABŞ)
Massi – Kuwait Cycling Project (Küveyt)
Unieuro Wilier (İtaliya)
Team TAVIRA (Portuqaliya)
Milli komanda
Estonian National Team (Estoniya)
Yarışın mərhələlələri:
“Tour d'Azerbaidjan-2016” yarışı 5 mərhələdən ibarət olacaq. İştirakçılar ilk mərhələdə Bakı-Sumqayıt marşrutu ilə 153.5 km məsafə qət edəcəklər.
İkinci mərhələ Bakıda başlayıb İsmayıllıda bitəcək. İdmançılar 186.5 km məsafəlik marşrutda finişə birinci çatmaq uğrunda yarışacaqlar.
177.2 km-lik üçüncü mərhələdə sprinterlər Qəbələ-Şəki-Qəbələ marşrutu ilə hərəkət edəcəklər.
Qəbələdə başlayacaq dördüncü mərhələyə Pirquluda yekun vurulacaq. Velosipedçilər 115.3 km məsafədə qalib gəlmək uğrunda yarışacaqlar.
Sonuncu gündə isə iştirakçılar Bakıda 158 km-lik məsafə qət etməklə qalibləri müəyyənləşdirəcəklər.
Yayım:
“Tour d'Azerbaidjan-2016” veloyürüşü “Eurosport” telekanalı vasitəsilə dünyaya yayaımlanacaq. Yarış davam etdiyi müddətdə telekanalın efirində turla bağlı verilişlər, reportajlar tamaşaçılara təqdim ediləcək. Ötən illərdə olduğu kimi, bu dəfə də milyonlarla insanın yarışı televiziya vasitəsilə canlı izləyəcəyi gözlənilir.
SportLine.az | Velotur
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir