"Trabzonspor" avstriyalı futbolçunu istəyir
"Trabzonspor" klubu avstriyalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
Sportline.az Ntvspor.com.tr-yə istinadla xəbər verir ki, "Qaradənizlilər" Muhammed Çamın transferi üçün Fransanın "Klermont Fut" klubu ilə danışıqlara başlayıblar.
10 nömrəli formanı daşıyan 21 yaşlı futbolçu bu mövsüm çıxdığı 31 oyunda 7 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, Muhammed Çamın hazırki dəyəri 6 milyon avrodur.