“Trabzonspor” nigeryalı futbolçu ilə maraqlanır
Bu mövsüm uğursuz çıxış edən “Trabzonspor” yanvar ayında yeni futbolçular transfer etmək niyətindədir.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Trabzonspor” rəhbərliyi “Lion”un 22 yaşlı futbolçusu Gift Orbanı heyətinə qatmağa hazırlaşır.
Orban hazırda “Lion”un heyətindən kənarlaşdırılıb. Nigeryalı futbolçunun transfer dəyəri 15 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, G.Orban bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 3 matçda 2 qolla yadda qalıb.