"Trabzonspor"da həyəcan təbili: UEFA qadağa qoya bilər
Ertuğrul Doğanın prezident seçilməsindən sonra "Trabzonspor"un yeni problemləri də ortaya çıxıb.
Sportline.az xəbər verir ki, klub rəsmisi Zeyyat Kafkas bildirib ki, Qara dəniz təmsilçisinin xeyli borcu var.
"Klubun 16 milyon avro borcu var. Martın 31-ədək bu borc tam ödənilməlidir. Əks halda UEFA-dan Avrokuboklarda iştirakımıza qadağa qoyula bilər".