"Traktor Sazi"nin növbəti qələbəsi

İran çempionatının 23-cü turunun oyunlarına yekun vurulub. SportLine.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu doğma meydanda "Foolad"la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, 35 xala sahib "Traktor Sazi" 5-ci pillədə qərarlaşıb.

"Traktor Sazi" - "Foolad" - 3:2
QOLLAR:
Kalantari, 8 (1:0); İranpurian, 63/p. (2:0); Ansari, 66/p. (2:1); Ansari, 90/p. (2:2); Şafiei, 90+2 (3:2)