"Traktor"dan qələbə
"Traktor" İran çempionatında 19-cu tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Havadar"ın qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.
"Havadar" - "Traktor" - 0:1
Qol: Qustavo, 90+1
Bu qələbə ilə xalını 32-ə çatdıran Təbriz klubu turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Siyahıya 39 xalla "Sepahan" başçılıq edir.