"Trabzonspor"da ayrılıq yaşanıb
Uğursuz mövsüm keçirən "Trabzonspor"un heyətində ayrılıq yaşanıb.
Sportline.az xəbər verir ki, komandanın portuqaliyalı futbolçusu Pedro Maleyro qaradənizlilərlə vidalaşıb.
O karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
"Əl-Vəsl" 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün "Trabzonspor"a 7,5 milyon avro ödəyəcək.