Tudor "Napoli"yə cavab verdi

"Napoli"nin yeni baş məşqçi axtarışları davam edir.

Sportline.az xəbər verir ki, Neapol klubunun prezidenti Aurelio De Lorentis bu posta İqor Tudoru gətirmək niyyətindədir.

Tanınmış jurnalist Matteo Morettonun məlumatına görə, xorvatiyalı mütəxəssis bu təklifi yalnız mövsümün sonunda dəyərləndirə biləcəyini bildirib.

Tərəflərin bu günlərdə yenidən danışıqlar masası ətrafında əyləşəcəyi gözlənilir.

Qeyd edək ki, klub rəhbərliyi hazırkı baş məşqçi Luis Qarsiyanın işindən narazı olduğundan yeni çalışdırıcı axtarışına çıxıb.