"Turan Tovuz" afrikalı futbolçudan imtina etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” baxışa çağırdığı kamerunlu futbolçunu bəyənməyib.

Sportline.az xəbər verir ki, Erik Ayukun durumu baş məşqçi Ayxan Abbasovu qane etməyib.

Bu səbəbdən futbolçunun adı Qazaxıstanın “Jetisu” klubu ilə sınaq oyununun protokoluna salınmayıb. 

Futbola Tailandda başlayan Erik Ayuk daha sonra ABŞ, İsveç, Türkiyə və Misir kimi ölkələrdə oynayıb. O, 2018-2021-ci illərdə Türkiyədə “Osmanlıspor” - indiki “Ankaraspor”da forma geyinib.

Son klubu Misir təmsilçisi “Parko” olan Erik Ayuk Kamerunun U-20 və U-23 millilərində çıxış edib.

Banner