"Turan Tovuz" İsveçrə komandasına qalib gəldi
Antalyada təlim-məşq toplanışında olan "Turan Tovuz" klubu növbəti yoxlama oyununu keçirib.
Sportline.az xəbər verir ki, Tovuz klubu ikinci sınağında İsveçrənin "Arau" komandası ilə qarşılaşıb.
Görüş komandamızın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Ayxan Hüseynov vurub.
Qeyd edək ki, "Turan Tovuz" Antalyadakı ilk matçında Rumıniya "Petrolul"una 2:3 hesabı ilə uduzub.