"Turan Tovuz" - "Qarabağ" oyununun hakimləri açıqlandı
Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Tural Qurbanov idarə edəcək.
Ona Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək.
Sabah keçiriləcək görüş saat 14:30-da başlanacaq.