“Turan Tovuz” “Vidad” klubuna uduzub

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Turan Tovuz" sonuncu yoxlama matçında məğlub olub.

Sportline.az xəbər verir ki, Mərakeşin "Vidad" komandası ilə qarşılaşan Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, Türkiyə toplanışını başa vuran "Turan Tovuz" sabah Vətənə dönəcək.