"Turan Tovuz" yeni transferi açıqladı

“Turan Tovuz” yeni transferini rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Məlumata görə, son olaraq  “UFA”da (Rusiya) çıxış etmiş 201 sm boya malik qapıçı Oleq Baklovla müqavilə imzalanıb.

O, Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib. Tacikistan millisinin üzvü olan  30 yaşlı qapıçı ilə 2 illik müqavilə bağalanılıb.

Xatırladaq ki, Tovuz təmsilçisi bu yay transfer dövründə David Oliveyra Tavareş, Abdulla Rzayev və Roberto Olabeni də heyətinə qatıb.