"Turan Tovuz"da yeni legioner
“Turan Tovuz” albaniyalı hücumçu Belaydi Pusi ilə 6 ay + 1 il müddətində rəsmi müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
“Vlajniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib.
O, cari mövsümdə çıxdığı 12 oyunda, 6 qol vurub.