"Turan Tovuz" yeni transferini açıqlayıb

"Turan Tovuz" heyətini yeni transferlə gücləndirib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Tovuz təmsilçisi "Qarabağ"ın keçmiş futbolçusu İbrahima Vadjini transfer edib. Son olaraq Fransanın "Saint-Étienne" klubunda çıxış edən seneqallı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

30 yaşlı Vadji karyerası ərzində həmçinin Türkiyənin "Gaziantep BB", Norveçin isə "Molde" və "Haugesund" komandalarının formasını geyinib.