"Turan Tovuz"la "Kəpəz" cəzalandırıldı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında 19-cu turun iki oyunundakı neqativ hallara hüquqi qiymət verilib.

Sportline.az xəbər verir ki, “Qarabağ”la görüşdə azarkeşlərin davranışı “Turan Tovuz”u 5600 manat ziyana salıb.

Klub azarkeşlərin hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 4000, meydançaya kənar əşyalar atıldığına görə 1600 manat cəriməyə məruz qalıb.

Həmçinin, “Kəpəz” də 2400 manat cərimə ödəməli olacaq. Bunun 1600 manatı “Qəbələ” ilə qarşılaşmada təcili tibbi yardımın oyuna gecikməsi, 800 manatı isə polisin görüşdən əvvəlki iclasa gəlməməsi səbəb olub.

Banner