Türk dünyasının sevimlisi ağır vəziyyətdə

Ağır atletika üzrə olimpiya, dünya və Avropa çempionu Naim Süleymanoğlunun vəziyyəti yenidən ağırlaşıb. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sirrozdan əziyyət çəkən məşhur idmançının qara ciyər köçürülməsi əməliyyatı uğurlu alınsa da, beyin damarlarında problem yaranıb. Həkimlər Süleymanoğlunun iflic keçirmə riskindən narahatdırlar. Xatırladaq ki, dünya şöhrətli atlet 3 dəfə olimpiya, 7 dəfə dünya çempionu adına layiq görülüb. 46 dünya rekordunun müəllifi, mütəxəssislər tərəfindən bütün zamanların ən yaxşı ağır atleti adlandırılıb.