Türkiyə derbisinin tarixi açıqlanıb
Türkiyə Super Liqasında 37-ci turun proqramı bəlli olub.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, 37-ci həftədə keçiriləcək "Qalatasaray"-"Fənərbağça" derbisi mayın 19-u bazar günü saat 20:00-da start götürəcək.
Qeyd edək ki, sona 2 tur qalmış "Qalatasaray" 99 xalla liderdir.
İkinci sıradakı "Fənərbağça"nın 93 xalı var.
"Sarı-qırmızılılar" qalan 2 turda 1 xal qazanacağı təqdirdə çempion olacaqlar.