Türkiyə klubundan Xames Rodriqesə rəasmi təklif

"Everton"un yarımmüdafiəçisi Xames Rodriqes karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.

Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Başakşəhər" 30 yaşlı oyunçuya rəsmi təklif göndərib. Türkiyə klubunun 2021/22 mövsümünün sonuna qədər kolumbiyalı futbolçunu icarəyə götürməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, X. Rodriqes ötən mövsüm "Everton"da 26 oyuna çıxıb, 6 qol vurub və 9 qolun ötürməsini verib.