Türkiyə kubokunda ikinci finalçı müəyyənləşir

Bu gün Türkiyə kubokunun ikinci finalçısı bilinəcək.

Sportline.az xəbər verir ki, finala vəsiqə uğrunda "Karagümrük "doğma meydanda "Trabzonspor" ilə münasibətləri aydınlaşdıracaq.

Cihan Aydının idarə edəcəyi yarımfinal görüşü Bakı vaxtı ilə 21:30-da başlanacaq.

Qeyd edək ki, ilk oyun Qara dəniz təmsilçisinin 3-2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Finala adlayan ilk komanda isə "Ankaragücü"nü iki oyunun nəticəsinə görə 1-0 hesabı ilə məğlub edən "Beşiktaş" olub.