Türkiyə kuboku finalının keçiriləcəyi stadion açıqlanıb
Türkiyə Futbol Federasiyası ölkə kubokunun finalının keçiriləcəyi stadionu açıqlayıb.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Trabzonspor" ilə "Beşiktaş" arasında keçiriləcək final oyununa "Atatürk Olimpiya Stadion"u ev sahibliyi edəcək.
Xəbərdə final matçında yarı-avtomatik ofsayt sistemindən istifadə olunacağı və görüşün VAR hakiminin əcnəbi olacağı bildirilir.
Qeyd edək ki, "Trabzonspor"-"Beşiktaş" arasındakı final oyunu mayın 23-də baş tutacaq.