Türkiyə millisi Avropa üçüncüsü oldu

Türkiyənin qadınlardan ibarət voleybol millisi Avropa çempionatının bürünc medalını qazanıb.

Sportline.az xəbər verir ki, "sultanlar" üçüncülük uğrunda görüşdə Niderlandı 3:0 (25:20, 25:19, 25:23) hesabı ilə yeniblər. 

Bu, "ay-ulduzlular"ın AÇ-lərdə beşinci medalı olub. Qardaş ölkə millisi 2003 və 2019-cu illərdə gümüş, 2011 və 2017-ci illərdə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Serbiya, Rumıniya, Xorvatiya və Bolqarıstanın ev sahibliyi etdiyi sayca 32-ci Avropa çempionatında Azərbaycan millisi də iştirak edib. A qrupunda yer alan millimiz Belçika, Bosniya və Herseqovina, Rusiya, Serbiya və Fransa seçmələrinə uduzaraq qrupu sonuncu pillədə başa vurub.