Türkiyə millisi Paraqvaya qarşı
Dünya Çempionatı (DÇ-2026) qrup mərhələsinin həyəcanı davam edir.
Sportline.az xəbər verir ki, turnirin bu günkü oyun günündə futbolsevərləri olduqca maraqlı və gərgin görüşlər gözləyir. C və D qruplarında yer alan komandalar növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Qardaş ölkə Türkiyə millisi D qrupunda Paraqvay ilə üz-üzə gələcək. Turnirin favoritlərindən sayılan Braziliya isə Haiti səddini keçməyə çalışacaq.
Bu gün keçiriləcək oyunların Bakı vaxtı ilə tam qrafikini təqdim edirik:
19 iyun oyun proqramı:
- 23:00 | ABŞ – Avstraliya (D Qrupu) – Sietl Stadionu
- 02:00 (20 iyuna keçən gecə) | Şotlandiya – Mərakeş (C Qrupu) – Boston Stadionu
- 05:00 (20 iyuna keçən gecə) | Braziliya – Haiti (C Qrupu) – Filadelfiya Stadionu
- 07:00 (20 iyuna keçən gecə) | Türkiyə – Paraqvay (D Qrupu) – San-Fransisko Stadionu