Türkiyə millisində itkilər

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Monteneqro yığması ilə üz-üzə gələcək Türkiyə millisi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, "Beşiktaş"ın müdafiəçi Umut Meraş və "Trabzonspor"da forma geyən yarımmüdafiəçi Abdulkadir Ömür zədə səbəbi ilə bu gün keçiriləcək oyunu buraxmalı olacaqlar.

Xatırladaq ki, Türkiyə - Monteneqro qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.