Türkiyə millisinin DÇ 2025-dəki rəqibləri məlum olub

Türkiyənin kişilərdən ibarət voleybol millisinin 2025-ci ildə Filippində keçiriləcək Dünya Çempionatında rəqibləri bəlli olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "ay-ulduzlular" qrup mərhələsində Yaponiya, Kanada və Liviya ilə qarşılaşacaqlar.

Çempionatda 32 ölkə dörd komandadan ibarət səkkiz qrupda mübarizə aparacaq. Qruplarını ilk iki yerdə başa vuran komandalar növbəti mərhələyə adlayacaqlar. Bu turdan sonra 1/4 final, yarımfinal, üçüncü yer və final görüşləri keçiriləcək.

Qeyd edək ki, Türkiyə millisinin 5-ci dəfə qatılacağı Dünya Çempionatı 2025-ci il sentyabrın 12-dən 28-dək keçiriləcək.