Türkiyə Super Liqasında mövsümün 17-ci məşqçi istefası yaşanıb

Türkiyə klublarında "Hatayspor" baş məşqçisi ilə yollarını ayırıb.

Spotrline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Hatayspor" baş məşqçi Volkan Demirellə qarşılıqlı olaraq yollarını ayırdığını açıqlayıb.

Volkan Demirel 2022-ci ildən çalışdırdığı klubla çıxdığı 55 oyunda 16 qələbə, 16 heç heçə, 23 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, "Hatayspor" Super Liqada geridə qalan 34 həftədən sonra 33 xalla 18-ci pillədə qərarlaşır.