Türkiyə Super Liqasında 2024/2025 mövsümünün başlanacağı tarix açıqlanıb
Türkiyə Futbol Federasiyası Super Liqa üçün 2024/2025 mövsümünü bağlanacağı tarixi açıqlayıb.
Sportline.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, Türkiyə çempionatında 2024/2025 mövsümü 2024-cü il avqustun 9-da başlanacaq.
Liqanın bitmə tarixi isə 2025-ci 1 iyun tarixinə təyin olunub.
Qeyd edək ki, Türkiyə Super Liqasında növbəti mövsüm 19 komanda çıxış edəcək.