Türkiyə Super Liqasının bombardiri Rusiya klubuna keçdi

Türkiyənin "Hatayspor" komandasının futbolçusu Aaron Bupendza karyerasını Rusiyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə klubun fəxri prezidenti Lütfü Savaş yerli mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, qabonlu hücumçunun transferi ilə bağlı "Krasnodar"la anlaşma əldə olunub. Premyer Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 8 milyon avro və növbəti satışdan 20 faiz bonus ödəyəcək.

Qeyd edək ki, hazırda 18 xalla Superliqanın bombardiri olan 25 yaşlı forvardla "Fənərbağça" və "Qalatasaray" da yaxından maraqlanırdı.