Türkiyə Superliqasında 2-ci tur başlandı: Balotellidən assist

Türkiyə Superliqasında 2-ci turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, ilk turda məğlub olan komandalar üz-üzə gəlib. Söhbət “Kayserispor” – “Adana Demirspor” matçından gedir.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada cəmi 2 qol vurulub. İlk hissədə daha sürətli oynayan meydan sahibləri hesabı açıblar. Gökhan Sazdağı fərqlənib.

Fasiləyə üstün yollanan Kayseri komandası ikinci yarıda təşəbbüsü əldən verib. Hücumlarının sayını daha da artıran qonaqlar, nəhayət, istəklərinə çatıblar. Mario Balotellinin ötürməsindən sonra Akintola tarazlığı bərpa edib.

Qalan vaxtda hər iki komandanın fərqlənmək imkanı olsa da, zərbələrdə dəqiqlik çatmayıb. “Kayserispor” – “Adana Demirspor” 1-1.