Türkiyə - Xorvatiya görüşünün vaxtı dəyişdirildi

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Xorvatiya oyununun vaxtı dəyişdirilib. SportLine.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.

Ötən gün keçirilməli olan Xorvatiya - Kosovo matçının yağış səbəbindən təxirə salınması bu qərar səbəb olub. "Damalılar"ın istirahət üçün yetərli vaxtının olmamasını əsas gətirən ali futbol qurumu, oyunun müəyyən olunan vaxtdan bir gün sonraya təyin edilməsi barədə məlumat yayıb.

Qeyd edək ki, 5 sentyabr tarixində keçirilməli olan görüş sentyabrın 6-sı baş tutacaq.