Türkiyədən Fransaya

"Nitsa" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Fransa təmsilçisi "Başakşəhər"dən Yussuf Ndayişmiyeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.

"Nitsa" burundili futbolçu üçün Türkiyə klubuna 13 milyon avro ödəyəcək.

Ndayişmiye Super Liqada bu mövsüm 17 oyunda 4 qol vurub.