Türkiyəli futbolçu "Milan"ın hədəfində

"Milan" yeni mövsüm müdafiənin sağ cinahını gücləndirmək istəyir.

Sportline.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, "qırmızı-qaralar" PSV-dən Denzel Dyumfirslə "Lill"dən Mehmet Zeki Çeliki transfer hədəfinə alıb.

Məlumata görə, "Milan" hər iki klubla danışıqlar aparacaq və ən azı bir futbolçunu transfer etməyə çalışacaq.

"Lill" Mehmet Zeki Çeliki 2018-ci ildə "İstanbulspor"dan 2,5 milyon avroya transfer edib. 23 yaşlı futbolçu Türkiyə millisinin üzvüdür.