Türkiyəli məşhur şərhçidən maraqlı mesaj
Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener "Fənərbağça"nın Avropa Liqasının 1/8 final mərhələsini adlayacağına əmin olduğunu açıqlayıb.
Sportline.az xəbər verir ki, o, Türkiyənin "Beyaz tv" kanalında aparıcısı olduğu "Beyaz futbol" proqramında bu iddia ilə çıxış edib.
Ertem Şener "Fənərbağça" "Sevilya" ilə görüşdə bu vəzifənin öhdəsindən gələ bilməyəcəyi təqdirdə sezon sonuna qədər futbol barədə danışmayacağını və efirdən kınar qalacağını deyib.
Qeyd edək ki, rəqiblərin İspaniyada keçirilən ilk oyunu "Sevilya"nın 2-0 hesablı qələbəsi ilə nəticələnib.