Türkiyəli müdafiəçi Serdar Azizin yeni komandası müəyyənləşib

"Fənərbağça"dan ayrılan 33 yaşlı oyunçu Serdar Aziz İstanbulda qalacaq.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Başakşehir" klubu təcrübəli futbolçunu heyətinə qatıb.

Yaxın günlərdə transferin rəsmləşdiriliməsi gözlənilir.

Serdar Aziz 2019-ci ildən "Fənərbağça"da çıxış edirdi. Klubda oynadığı dövr ərzində 135 oyuna çıxan müdafiəçi bu görüşlərdə 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Serdar Aziz daha əvvəl "Bursaspor" və "Qalatasaray"ın heyətində Türkiyə çempionluğu yaşayıb.