Tuxel bu klubun baş məşqçi postuna əsas namizəd sayılır

Mövsümün sonu "Bavariya"nı tərk edəcək Tomas Tuxel İngiltərə klubunu çalışdıra bilər.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 50 yaşlı çalışdırıcı "Mançester Yunayted"də Erik Ten Haqın yerinə əsas namizəddir.

Jurnalist Piter Hallun xəbərinə göre Erik Ten Haqın "Mançester"dəki işinə mövsümün axırında son veriləcək.

"Qırmızı şeytanlar"ın yeni sahibləri isə bu vəzifəyə Tomas Tuxeli gətirmək istəyirlər.

Xatırladaq ki, almaniyalı çalışdırıcı daha əvvəl İngiltərənin "Çelsi" klubunu çalışdırıb və "zadəganlar"la 2020/2021 mövsümündə Çempionlar Liqasının qalibi olub.