Tyeri Anri "FourFourTwo"ya görə İPL tarixinin ən güclü hücumçusudur

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri İngiltərə Premyer Liqası tarixinin 20 ən yaxşı hücumçusunun siyahısını dərc edib.

Sportline.az xəbər verir ki, siyahının ilk pilləsində "Arsenal"ın əfsanəvi hücumçusu Tyeri Anri qərarlaşıb. İkinci pillədə "Nyukasl"ın sabiq oyunçusu Alan Şirer yer alıb.İlk üçlüyü "Mançester Siti"dən Serxio Aquero qapıyıb.

Siyahının ilk 10 pilləsi isə belədir:

4.Ueyn Runi ("Mançester Yunayted", "Everton")

5.Didye Droqba ("Çelsi")

6.Dennis Berkamp ("Arsenal")

7.Hari Keyn ("Tottenhem")

8.Erik Kantona ("Mançester Yunayted")

9.Endi Koul ("Nyukasl", "Mançester Yunayted", "Blekbern", "Fulhem", "Mançester Siti", "Portsmunt", "Sanderlend").

10.Erlinq Holand ("Mançester Siti").