U-17 millimiz Macarıstana uduzdu

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan seçməsi bu gün ilk oyununu keçirib.

SportLine.az xəbər verir ki, Macarıstanla qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.

Komandamız turnirdə növbəti oyununu oktyabrın 10-da Polşa yığmasına qarşı keçirəcək.

Banner