U-21 Macarıstana uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

Sportline.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv bu gün Macarıstan seçməsi ilə yoldaşlıq görüşündə üz-üzə gəlib.

Oyun rəqibin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, milli komandamız noyabrın 20-də İsveçlə hazırlıq oyunu keçirəcək.