UEFA AVRO 2024 öncəsi yeni qərar qəbul edib
UEFA-dan ölkələr üçün şad xəbər gəlib.
Sportline.az Trtspor.net-ə istinadla xəbər verir ki, UEFA komandaların 23 nəfərlik heyətlərini 26 nəfərə qaldırmaqlarına icazə verib.
Xəbərdə bildirilib ki, ölkələr 26 nəfərlik heyətlərini 7 iyuna qədər UEFA-ya təqdim etməlidirlər.
Qeyd edək ki, Almaniyada keçiriləcək 2024-cü il Avro Çempionatı 14 iyunda start götürəcək.