UEFA Çempionlar Liqası: "Real" finalda

Bu gün UEFA Çempionlar Liqasında finalın adına aydınlıq gələcək.

Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin ikinci cavab oyununda "Real Madrid" doğma meydanda "Bavariya" ilə üz üzə gələcək. Tərəflər arasındakı ilk matç 2-2 hesablı bərabərliklə yekunlaşmışdı.

"Santiaqo Bernabeu" stadionunda keçiriləcək matçın start fiti bu gün Bakı vaxtı ilə 23:00-da səslənəcək.

Qeyd edək ki, finalın ilk iştirakçısı dünən PSJ-ni 1-0 hesabı ilə məğlub edən "Borussiya Dortmund" oldu.(Ümumi hesab 2-0).

“Real” (İspaniya) – “Bavariya” (Almaniya) 2:1 

Qollar: Xoselu, 88, 90 - Alfonso Deyvis, 68