UEFA-dan Mbappeyə bəd xəbər

UEFA PSJ-nin Mbappeyə olan borcu ilə bağlı məsələyə baxmayacaq.

Sportline.az xəbər verir ki, bu haqda "L'Equipe" məlumat yayıb.

Buna bütün lazımı sənədlərin toplanılmaması səbəb olub.

Qeyd edək ki, Fransa millisinin üzvü sabiq klubunu ödənilməyən məvacibə görə məhkəməyə verib.

Ötən il PSJ-ni "Real"a dəyişən Mbappe cari mövsümdə meydana çıxdığı 27 oyunda 14 qol və 3 asist müəllifidir.